AMERİKA VƏ QƏRBİN MÜDAFİƏ ETMƏ XƏRCLƏRİ düşəcək

Amerika Birləşmiş Dövlətləri, təxminən 400 milyard dollarlıq əsgəri büdcəsi ilə silahlanma siyahısının başında iştirak etməkdədir. (Terrorla mübarizə daxilində bu büdcənin 45 milyard dollar daha artırılması Konqresdən tələb edilmişdir.) ABŞın əsgəri büdcəsi, G7 ölkələrinin cəmi əsgəri xərclərindən daha çoxdur. 1 ABŞı 60 milyard dollar ilə Rusiya, Rusiyanı da 42 milyard dollar ilə Çin təqib etməkdədir. 2 Bunlara əlavə olaraq, ABŞın 40dan çox ölkədə əsgəri əsası, BMin 190 üzvündən 132-ində isə az və ya çox miqdarda əsgəri varlığı var. Bütün bunların yanında xarici ölkələrə edilən əsgəri köməklər də Qərbli ölkələrin, xüsusilə də ABŞın büdcəsində əhəmiyyətli bir yer tutmaqdadır.

Dünyanın tək super gücü olan Amerikanın iqtisadiyyatının bu qədər böyük əsgəri büdcəni asanlıqla qarşıladığı düşünülə bilər, ancaq rəqəmlər bunun tam tərsini göstərməkdə, bu əsgəri xərclərin Amerikan iqtisadiyyatını olduqca mənfi bir şəkildə təsir etdiyini gözlər önünə sərməkdədir. 400 milyard dollar kimi böyük bir məbləği müdafiə etmə xərclərinə ayıran Amerikada, 12 milyonu uşaq olmaq üzrə, 31 milyon insan aclıq sərhədində yaşamaqdadır. Amerikan əhalisinin 3%-in aclıq çəkdiyi təsbit edilmişdir. Aclıqla üz-üzə olan bu insanların əhəmiyyətli bir qisimi, dövlətdən kömək ala bilməməkdədir. Ehtiyac içində olan bu insanlara edilən kömək nisbətində 1994-dən etibarən 30% azalma olmuşdur.

Bu rəqəmlər, dünyada ölkələr və mədəniyyətlər arası sülhün suveren qılınması və beləcə müdafiə xərclərinin azaldılmasının nə dərəcə vacib olduğunu bir daha göstərməkdədir. Türk-İslam Birliyi, İslam dünyasıyla əlaqədar bütün qarşıdurma və gərginlikləri ortadan qaldıraraq qlobal bir sülh və hüzur mühiti təmin edəcək, yalnız Müsəlman ölkələrdə deyil dünyanın digər bir çox ölkəsində də müdafiə xərclərinin azaldılmasını təmin edəcək. Beləcə silah texnologiyasına edilən sərmayə, silahların inkişaf etdirilməsinə xərclənən pul, rahatlıqla təhsil, tibb, elm, mədəniyyət kimi sahələrə sürüşdürülə bilər. Əsgəri büdcədən ediləcək məhdudlaşdırmalar ilə aclıq, kasıblıq, ekoloji pozulma, epidemiya xəstəliklər kimi dünyanın gələcəyini təhdid edən problemlərlə mübarizəyə daha çox qaynaq ayırma imkanı olacaq. Təhlükəsizlik narahatlığının böyük ölçüdə ortadan qalxmasıyla, cəmiyyətlərin rifah səviyyəsini yüksəldəcək, həyat keyfiyyətini artıracaq tətbiqlər həyata keçiriləcək. Mədəniyyət və təhsil proyektlərinə ayrılan büdcə daha da artırıla biləcək, ruhən sağlam, fiziki olaraq güclü, sevgi və mərhəmət anlayışı inkişaf etmiş, xoşgörüşlü nəsillər yetişəcək.

1 UNDP 2002 İllik Hesabat

2 Military Budget of Selected Countries, http://www.infoplease.com/ipa/A0904504.html


Əsas səhifə