Türk İslam Birliyi - Harun Yəhya
Ana Səhifə
Dergi Haqqında
İçindekiler
2.Sayıdaki Yazarlar
İlanlar & Elanlar
Tanıtımlar & Konfranslar
MP3 formatında
 
Türk İslam Birliyi - Harun Yəhya
Sitede Yazılarının Yayınlanmasini İstəyirsinizmi?
Basında Türk İslam Birliyi
Kuran'da İştirak edən Birlik Ayələri
Müslümanlar Birdir Qardaşdır
Peygamberimizin kitapehline davranışı, bütün Müsəlmanlara nümunə olmalı
Türk İslam Birliyi, Qərb mədəniyyətinin zəmanətidir
 

MƏTBUATDA TÜRK-İSLAM BİRLİYİ

02.03.2005 - Yeni Çağ - Aslan Bulud

Şərqdan ucalan səsi kar sultan belə eşitdi!

Qazağıstan Xarici işlər Naziri Tokayev, Nursultan Nazarbayevin xalqa səsləniş danışmasında gündəmə gətirdiyi "Orta Asiya Ölkələr Birliyi" təklifinə açıqlıq gətirdi.

Tokayev, "Nazarbayev, Orta Asiya tarixində daha əvvəl nümunəsi olmamış Orta Asiya Dövlətləri əməkdaşlığın yeni bir modelini təklif etməkdədir" dedi. Daha əvvəl Özbəkistan Respublika başçısı İslam Kərimovun bölgədə ortaq bazar qurma təklifini həyata keçirmək üçün qərara gəlindiyini xatırladan Tokayev, "Nazarbayevin təklifi, Qazaxıstanın Rusiya, Çin və ABŞ kimi ölkələrlə əlaqələriylə birlikdə davam etdiriləcək bir prioritetdir" deyə danışdı.

Biz, 9-cu Türk Dövlət və Birlikləri Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayına təqdim etdiyimiz məlumatda kədərlənərək, "Türk Respublikaları, müstəqilliyə qovuşmalarının 10-cu ilində, öz adlarına yerinə yetirəcək, Avropa Birliyi, NAFTA, Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Birliyi bənzəri bir birlik meydana gətirə bilməmişdir.

Ayrıca, 1993 Yanvar ayında Daşkəntdə toplanan Türk Respublikaları Dövlət Başçılarının ''gömrük, vergi birliyini reallaşdıracaq addımlar atma'' qərarı yerinə gətirilə bilməmiş, 1994 Yanvar ayında ancaq üç Türk Respublikası, yəni Qazaxıstan, Özbəkistan və Qırğızıstan dövlət başçıları arasında imzalanan, sərhədlərin qaldırılması, mal, sərmayə və insan gücünün sərbəst dövranını nəzərdə tutan razılaşma da həyata keçiriləməmişdir.

Buna paralel olaraq, Türkiyə ilə Azərbaycan arasında sərhədlərin qaldırılması dövrün Respublika başçısı Süleyman Dəmirəl tərəfindən bir dəfə dilə gətirilməklə birlikdə, lazım olan addımlar atılmamışdır.

Türkmənistan isə tərəfsizlik statusunu seçmişdir.

Qazaxıstan Dövlət Başçısı Nursultan Nazarbayevin Avrasiya Birliyi təklifi, digər Türk dövlətləri tərəfindən qiymətləndirilə bilməmişdir" demişdik. Buna baxmayaraq Nazarbayev, birlik və inteqrasiyadan ümidini kəsməmiş olacaq ki bu mövzuda israr edir. .

Nazarbayev, 1994 Oktyabr ayında da İstanbuldakı Türk dövlət başçıları zirvəsində "Türkiyə ilə Orta Asiyadakı Türk Respublikalarının yüksək səviyyədə təşkilatlanmağa getmələrinin zamanı gəlmişdir" demişdi.

Nazarbayevin konkret təklifi, Türk Dövlətləri Şurası qurulması idi... Biz də 9-cu Türk qurultayına təqdim etdiyimiz məlumatda "Türk Qurultayı, Türk dövlətlərinin hamısının içində iştirak edəcəyi bir Türk Əməkdaşlıq Təşkilatı və ardından daha geniş tutulacaq bir ''Avrasiya Birliyi Təşkilatı'' yaradılması üçün, Türk Respublikaları dövlət başçılarının bir cəhd başlatması istiqamətində bir çağırışda olmalı və Türk Dünyası Konstitusiyası hazırlanmalıdır.

Bütün Türk respublikalarının qatılacağı, Başçılar Şurası, Nazirlər Şurası, Parlamentarlar Birliyi və bunları yerinə gətirə biləcək bir katibliyi olan Türk Əməkdaşlıq Təşkilatı qurulması istiqamətində qərar almalıdır" təklifində olmuşduq. .

Nazarbayev, yalnız bir siyasətçi deyil.

Sovet ənənəsində yetişdiyi üçün, qlobal düşünən bir aydın. "Əsrlərin Qovşağında" adlı əsərində, "Ölkələr və qitələrin rəngli dünyası"dan çixan nəticə budur: Müasir mədəniyyət dediyimiz şey, qərbliləşmə və ya liberalizm deyil.

Özünə xas xüsusiyyəti və təkrarlana bilməz tarixi olan bu xüsusi meydana gəlməsi, yəni Qərb mədəniyyətini, insanlığın ümumi təcrübəsinin bir qarışığı və nəticəsi olaraq təqdim etmək bir baybalama (şarlatanlıq) üsuludur" deyə bilən bir aydın. Biz bu düşüncələrdən ilhamlanaraq "52 dövlət birləşib ABŞı qurur, buna kimsə Pan Americana demir, Avropa ölkələri birləşib Avropa Birləşmiş Dövlətlərinə doğru gedir, kimsə Pan Europe demir, Yunanıstanın Megalo İdeasına, İsrailin Böyük İsrail proyektinə kimsənin səsi çıxmır, indi ABŞ-İngiltərə və İsrail, ''tək bir dünya iqtisadiyyatı, tək bir dünya hökuməti, tək bir dünya dini'' hədəfinə doğru qaçır, bütün bunlara baxmayaraq, Şərqdə və Qərbdə nə qədər şarlatan varsa, Pantürkizm və Panturanizm təhlükəsindən bəhs edir! İşin acı tərəfi buna Türk ziyalıları da 70 ildir sanki iman edir! Məsələ buradadır! Bitsin artıq bu baybalama!" deyirdik. .

Nazarbayev, 2003-ün May ayında da İstanbulda Hərb Akademiyaları Komandirliyində etdiyi danışmada, "Xəzərdə Sabitlik duyulmakdadır.

Bu mövzuda Türkiyənin də qatılması lazım olduğu inancındayam" demişdi. Qazaxıstanda Türk mədəniyyətinə aid
2000 illərindən qalma üçüncü bir ''qızıl paltarlı adamın ollduğu bu günlərdə, Nazarbayevin təklifləri, qızıldan da almazdan da qiymətlidir. Tarixə bir baxsaq Nazarbayev, bu gün Şərq Türk Xanlığını təmsil edir.

Qərb Türk Xanlığını təmsil edənlər, hər nə qədər media əks etdirməsə də Şərqdən yüksələn bu gur səsi duymazlıkdan gələ bilməz.

Çünki artıq kar sultan belə eşitdi bu səsi!

ANA səhifə