Türk İslam Birliyi - Harun Yəhya
Ana Səhifə
Dergi Haqqında
İçindekiler
2.Sayıdaki Yazarlar
İlanlar & Elanlar
Tanıtımlar & Konfranslar
MP3 formatında
 
Türk İslam Birliyi - Harun Yəhya
Sitede Yazılarının Yayınlanmasini İstəyirsinizmi?
Basında Türk İslam Birliyi
Kuran'da İştirak edən Birlik Ayələri
Müslümanlar Birdir Qardaşdır
Peygamberimizin kitapehline davranışı, bütün Müsəlmanlara nümunə olmalı
Türk İslam Birliyi, Qərb mədəniyyətinin zəmanətidir
 

MƏTBUATDA TÜRK-İSLAM BİRLİYİ

03.03.2005 - Əvvəl Vətən - Abdullah AKOSMAN

Türk, İslam Dünyası Jurnalı

Elm Araşdırma Fondu tərəfindən, düşüncə və mədəniyyət həyatımıza qazandırılan bu jurnalın, nəşr həyatına qatılması səbəbiylə Səbətçilər Kasrında edilən təqdimat yığıncağı möhtəşəm oldu.

Türk Dünyasının və İslam Dünyasının qaynaşdırıla bilməsi və birləşdirilə bilməsi çox gözəl bir düşüncədir.

Osmanlı Türk Dövləti sahəsi üç qitədə suveren bir dünya gücü halında ikən belə, sərhədləri şərqdə İran və Xəzər Dənizi idi.

İstanbul Boğazına o illərdə körpü etməyi, İzmit Körfəzini bir kanalla Qaradənizə bağlamağı, Don və Volga çaylarını bir kanalla birləşdirib, donanmasını Xəzər Dənizinə endirməyi planlayan Osmanlı da Türk-İslam Birliyini təmin edə bilməmişdi.

Şimal Qərbi Afrikanın bəzi ölkələri, döyüş edilmədən könül birliyi içində Osmanlıya qatılmışdır.

1600-cü illərdə Müsəlman olan, bu günki İndoneziyanın yerində Aça Sultanlığı var idi.

Avropalı müstəmləkə ölkələrin hücumlarından bezən Aça Sultanlığı, Osmanlıdan kömək istəmişdi.

"Əgər Dünyadakı Müsəlmanların xəlifəsi sizsinizsə, bizi bayrağınız altına alın və Avropanın hücumlarından qoruyun" deyə.

Osmanlı Padşahı, Misir Qubernatoruna təlimat verərək Açaya donanma ilə kömək göndərmişdi.

Bu kömək bir istismar məqsədi güdmürdü. Gəmi yerinə, gəmi istehsal ustaları, top yerinə top istehsal ustaları göndərmiş və Açanın öz-özünə kafi olmasını təmin etmişdi.

O dövrdə göndərilən ustalar ailələriylə birlikdə getmişdilər və oraya yerləşərək Aça xalqıyla qaynaşıb qalmışdılar.

İndi Açadakı bir İslami müqavimət təşkilatının eynilə Türk Bayrağına bənzər bir bayraq istifadə etmələri düşündürücüdür.

Özal zamanında qurulan Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı isə kağız üzərində buraxdırılmışdır.

Qonşularımızla ticarəti və qapılarımızı da açmağı maneə törədirlər!?

Bu şərtlərə Türk-İslam birliyi, "QIZILALMA" kimi bir xəyaldır. Amma qırıq ayaqla həcc yoluna çıxan qarışqa qədər də ümidsiz hadisə deyil.

Fütühat dövrləri artıq geridə qaldı amma müasir təşkilatlanmalar hər vaxt mümkündür.

Amma dil, din və irq ayrı-seçkiliyi etmədən bütün insanları sevgi, şəfqət və ədalətlə qucaqlamaqla mümkün ola bilər.

ANA səhifə