Türk İslam Birliyi - Harun Yəhya
Ana Səhifə
Dergi Haqqında
İçindekiler
2.Sayıdaki Yazarlar
İlanlar & Elanlar
Tanıtımlar & Konfranslar
MP3 formatında
 
Türk İslam Birliyi - Harun Yəhya
Sitede Yazılarının Yayınlanmasini İstəyirsinizmi?
Basında Türk İslam Birliyi
Kuran'da İştirak edən Birlik Ayələri
Müslümanlar Birdir Qardaşdır
Peygamberimizin kitapehline davranışı, bütün Müsəlmanlara nümunə olmalı
Türk İslam Birliyi, Qərb mədəniyyətinin zəmanətidir
 

MƏTBUATDA TÜRK-İSLAM BİRLİYİ

03.03.2005 - Türkiyə Qəzeti - İnan ARVAS

Birliyə çağıran jurnal

Elm Araşdırma FonduMilli Dəyərləri Qoruma Fondu tərəfindən hazırlanan "Türk-İslam Birliyi" jurnalı nəşr həyatına başladı. Əvvəlki gün jurnalın təqdimatı üçün Səbətçilər Kasrında təşkil edilən yığıncaqda danışan Elm Araşdırma Fondu İdarə heyəti Başçısı Tarkan Yavaş, Türk-İslam Birliyinin bir an əvvəl qurulması lazım olduğunu ifadə edərək, "Osmanlı İmperatorluğunun varisi Türk Milləti olaraq bizlərin üzərinə düşən bir məsuliyyət və vəzifədir" dedi.

Qəzetimiz xarici siyasət yazıçılarından Mustafa Nəcati Özfatura da, bu ana qədər qələmə aldığı bir çox yazıda İslam birliyini dilə gətirdiyini xatırladaraq, Türkiyəni, İslam dünyasının nüvəsi olaraq gördüyünü ifadə etdi. Müsəlmanların 9-cu Səlib yürüşüylə qarşı-qarşıya olduğunun vurğulayan Özfatura, "İslamiyyətin insanlığa verəcək çox şeyi var, artıq ideologiya dövrü bitmişdir" dedi. Ölkəmizdə yaşanan missionerlik fəaliyyətlərinə də diqqət çəkən Özfatura, "Anadolu Türkü güclü olsa, İslam dünyası da güclü olar. Bu birliyin təmin edilməsində ən əhəmiyyətli faktor milli və mənəvi dəyərlərə dönüşdə yatar" deyə danışdı.

Sabiq Ədalət Naziri İsmayıl Müftüoğlu isə gələcəkdən ümidli olunması lazım olduğunu yazaraq, "Xəstəliyin çarəsi Qurani Kərimdir. Kimlərlə birlikdə olacağımızın ölçüsü ayələrdədir. Bütün müsəlmanlar qardaşdır qanunuyla hərəkət edilməlidir" deyə danışdı.

Çox sayda məşhur simanın qatıldığı yığıncaqda Təqaüdçü Tuğgeneral Xəlil Şimşək, jurnalist Kənan Axın, yazıçı Məmməd Şövkət Eygi, Təqaüdçü Tuğgeneral Adnan Tanrıverdi, prof. Dr. Saleh Tuğ, Türkiyə Jurnalistlər və Yazıçılar Fondu Başçısı Harun Tokak, Təqaüdçü Tümamiral Orxan Atəş, sabiq Ekologiya Naziri Həmdi Üçpınarlar, Əvvəl Vətən Qəzeti sahibi Abdullah Akosman kimi adlar da çıxış etdilər.

ANA səhifə